Üzünüz üçün meyvə maskaları

Üzünüz üçün meyvə maskaları Parlaq və sağlam dəriyə qovuşmaq hər bir qadının arzusudur.

Xarici mediaya istinadən ev şəraitində hazırlaya biləcəyiniz hər növ dəriyə uyğun meyvə maskalarını təqdim edirik:

Banan maskası - Əzilmiş bir banan, 2 xörək qaşığı yulaf unu və 1 xörək qaşığı gül suyunu qarışdırın. Üz və boyun nayihənizə sürtün. 15-20 dəqiqədən sonra təmiz dəsmalla silin və ilıq su ilə yuyun.

Limon maskası – 2 xörək qaşığı un, 2 limon suyu və 2 yumurta ağını qarışdırın və nəmli üzünüzə çəkin. 20 dəqiqədən sonra maskanı yuyun və üzünüzə mütləq nəmləndirici krem sürtün.

Çiyələk maskası - 1 çay qaşığı ərinmiş kərə yağını əzilmiş çiyələk püresi ilə qarışdırın və üzünüzə sürtün. 10 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun. Bu, əsasən dərisi quru olanlar üçün daha məsləhətdir.

Kivi maskası - 1 yumurta sarısını bir xörək qaşığı kivi suyu və bir xörək qaşığı zeytun yağı ilə qarışdırın. Hazırlanmış maskanı üzünüzə çəkin. 10-15 dəqiqədən sonra nəmli əski ilə maskanı silin.

Naringi maskası – Bir naringinin suyunu bir yumurta sarısı ilə qarışdırın və yarım saata kimi üzünüzdə saxlayın. Daha sonra soyuq su ilə yuyun.

Ananas maskası – 3 xörək qaşığı zeytun yağını 2 çay qaşığı miqdarında blendrdan əzilmiş ananasla qarışdırın. Daha sonra üzünüzə çəkərək 15 dəqiqə gözləyin. Sonda ilıq su ilə yaxalayın.

Bal, portağal və banan maskası – bir bananın yarısını yarım xörək qaşığı bal və 1 xörək qaşığı poratğal suyu ilə qarışdırın. Göz nahiyənizdən başqa üzünüzün digər hissələrinə çəkin. 15 dəqiqə saxladıqdan sonra bir dəfə isti su, bir dəfə soyuq su olmaqla yuyun və dəsmalla qurulayın. Sonra nəmləndirici krem çəkin.

Alma maskası – 2 almanı püre halına salın, üzərinə 1 çay qaşığı Jojoba yağı əlavə edib qarışdırın. Daha sonra üzünüzə çəkərək 10 dəqiqə gözləyin və yuyun. Bu, əsasən quru dərilər üçün nəzərdə tutulub. Yağlı dərilər isə 2 püre halında olan almanı bir yumurta sarısı ilə qarışdırıb istifadə etməlidir.
Geri qayıt