Limon qabığı qadınları bu yayılmış xəstəlikdən qoruyur

Limon qabığı qadınları bu yayılmış xəstəlikdən qoruyur C vitamini zəngin olan limon damarların sağlamlığını qoruyur, orqanizmdə iltihabı azaldır, orqanizmi cavanlaşdırır.

Lakin limonun digər az bilinən faydası da var. Çoxsaylı araşdırmalar limonun tərkibində olan maddələrin şiş əleyhinə təsirini aşkar edib.

Arizona Universiteti (ABŞ) alimləri son araşdırma zamanı aşkar ediblər ki, limon qabığının tərkibində olan d-limonen maddəsi süd vəzi xərçənginin profilaktikası və hətta müalicəsi üçün effektlidir.

Araşdırmada süd vəzi xərçəngi olan 43 qadın iştirak edib. 2 həftə ərzində 2 qr d-limoneni qəbul edən qadınlarda şişin ölçüsü kiçilib və həmçinin onkoloji xəstəliyinin inkişafına təsir edən siklin D1 maddəsinin konsentrasiyası da azalıb.

Saglamolun.az xəbr verir ki, d-limonen maddəsi tək limonun qabığında deyil, digər sitrus meyvələrinin qabığında da var.
Geri qayıt