Beyninizin gec qocalmasını istəyirsinizsə...

Beynin qocalmasının qarşısını alan məhsullar sırasına balıq, kətan toxumu, çia toxumu, balqabaq və günəbaxan tumu, qozda rast gəlinən eikosapentaenoik turşusu və lipoik turşusu daxildir.
"Üç fərqli karotenoid, bir çox meyvə və tərəvəzə xarakterik rəng verən fitopiqmentlər, gecikmiş beyin yaşlanmasının qidalanma profilində əsas rol oynayır. Karotenoidlərlə zəngin qidalara ispanaq, kələm, qarğıdalı, bolqar bibəri (qırmızı, yaşıl və ya sarı), pomidor, qarpız, qreypfrut, qovun, brokoli və yerkökü daxildir", - deyə alimlər vurğulayıb.
Bundan əlavə, E vitamini ilə zəngin qidaların qəbulu da məsləhət görülüb.