Başgicəllənmənin dərmanı - 2 vitamin
- 29-10-2023, 14:40
- 1 935
Xalqxeber.az Medicina.az-a istinadən xəbər verir ki, vestibulyar aparatın ən geniş yayılmış problemi olan başgicəllənmə yataqdan qalxanda baş verir.
Alimlər bu xəstəliyi olan 957 nəfəri təcrübəyə alıb, onların bir qrupuna gündə 2 dəfə D vitamini və kalsium verilib, digər qrupa isə placebo – yəni dərman olmayan boş tablet. 2 həftə sonra birinci qrupda başgicəllənmə hallarının 25% azaldığı təsdiq olunub.
Alimlər bunu müalicədə böyük irəliləyiş hesab edir, halbuki bu xəstələr belə effekti çoxsaylı xəstəxanaya gedişlərlə və dərmanlarla əldə edirdilər.
Bu araşdırma göstərdi ki, kalsium və D vitamininin birgə qəbulu ilə ucuz və asan metodla başgicəllənmələri müalicə etmək olar.