Koronavirus xəstələrinə baxan tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadıldı
- 26-08-2023, 18:00
- 1 836
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulatorpoliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına ödənilən əlavənin müddəti oktyabrın 2-dək uzadılıb.
Qeyd edək ki, indiyə qədər qüvvədə olan qərara əsasən, bu müddət 2023-ci il iyulun 1-dən ola dövrü əhatə edib.