Dondurma sevənlərə XƏBƏRDARLIQ: cinsi istəyi öldürür
- 31-05-2017, 12:49
- 59 910
Keçe apardığı araşdırmalar nəticəsində cinsi həyat mövsümünün yaz və yay ayları olduğunu vurğulayaraq deyib ki, insanlar görüntü və qoxu ilə seksə çağırış edirlər: "İnsanlar seksə çağırışı qoxu və görünüşlə edərlər. Yaz və yayda erotik, vizual xəbərdarlıqlar ön plana çıxar və insanlar daha rahat geyinərlər, bu səbəbdən cinsi istəklərdə artım ola bilər".
Ancaq həddindən artıq isti havalar cinsi həyata mənfi istiqamətdə təsir edir: "İnsanın əsas impulsları olan yemək, içmək, sığınmaq, qorunmaq və cinsəllik bir zəncirin halqaları kimidir. Yayın istisində həddindən artıq yemək yeyərək, tox qarına və ya soyuq içkilər içdikdən, ya da dondurma yedikdən sonra cinsi əlaqəyə girmək doğru deyil. Həzmsizlik və soyuq yeməklər cinsi enerjidə natarazlığa gətirib çıxara bilər. Həddindən artıq tox qarın cinsi performansın zəifləməsinə, ereksiya problemlərinə, cinsi isteksizlikdən iqtidarsızlığa qədər bir çox cinsi problemə səbəb ola bilər. Xüsusən də ürək xəstəliyi olanlar isti havalarda daha diqqətli olmalıdırlar. İsti havalarda cinsi əlaqə ürəyi yoraraq infarkt riskini artırır. Ürək xəstələri yay aylarında istinin ən yüksək dərəcədə olduğu gündüz saatlarında sevişməməsi və cinsi əlaqəyə girməməsi lazımdır. Çünki isti hava və həddindən artıq günəş ürək ritmində azalmaya gətirib çıxara bilər".