Pomidorla üzdəki ləkələri təmizləyin
- 6-06-2021, 17:38
- 1 991
Xarici mətbuata istinadən xəbər veririk ki, asan əldə edilən bu maska ilə dərinizi tanımayacaqsız.
Lazım olanlar:
1 ədəd pomidor
2 ç.q düyü unu
Hazırlanması:
Pomidoru bur kasada rəndələyin. Daha sonra düyü ununu əlavə edin. Yaxşıca qarışdırdıqdan sonra üz dərinizə tətbiq edin. 15 dəqiqə saxladıqdan sonra ilıq su ilə durulayın.
Bu maskanı həftədə bir dəfə istifadə edə bilərsiniz.