İmmunitetinizi bunlarla güclü saxlayın

Sağlamlıq

Son iki ilin ən çox yayılan və qorxulan xəstəliyi koronavirus hələ də sürətlə yayılır. Bundan qorunmaq üçün ilk növbədə immuniteti yüksək saxlamaq mütləqdir.
Xarici KİV-ə istinadən xəbər veririk ki, immuniteti qorumaq üçün vitaminlərdən çox istifadə etmək lazımdır.
İmmuniteti gücləndirmək üçün tərkibində A cə C vitamini olan kök,brokolli, balqabaq, göyərtilər, lobya yeyilməlidir. Mövsümə uyğun meyvələr gündəlik qida rasionunda yer almalıdır.
E vitamini soyuqdəymə zamanı bədənin müqavimətini artırır. Quru meyvələrin, çərəzlərin tərkibində E vitamini bol olur.
Sümük və diş sağlamlığı üçün önəmli olan D vitamini günəş şüasından alınır. Digər tərəfdən balıq yeməlisiniz. Şəkərli qidaların yerinə kəpəkli çörək və şirniyyat yeyin.