Ağrıkəsicilər infarkt ehtimalını artırır
- 11-05-2017, 14:21
- 36 560
Xarici mediaya istinadən xəbər verir ki, Britaniya Tibb Jurnalının dərc etdiyi araşdırmada Kanada, Finlandiya və İngiltərədən olan 500 minə yaxın insanın səhiyyə məlumatları araşdırıldığı bildirilir. Məlum olub ki, "iltihab əleyhinə qeyri-stereoid" dərmanların istifadəsinə başlayan şəxslərdə ilk 30 gün ərzində yüksək infarkt təhlükəsi olur. Ancaq qeyd edilir ki, ağrıkəsicilərlə infarkt arasındakı əlaqənin dəqiqliyi hələ mübahisə mövzusudur.