Aşiq olmaq kökəldir
- 13-04-2021, 13:23
- 2 165
Xarici mətbuata istinadən xəbər veririk ki, sevgili cütlüklər hər ilə təxminən 2 kilo kökəlirlər. Çəkinin artma mərhələsi, əsasən bal ayından sonra başlayır. Bal ayında çəkisi artanların sayı18 faiz təşkil edir.
Araşdırmaya görə, cütlüklərin 62 faizi bir-birlərinin vərdişinə alışır və birlikdə çəki alırlar. İlin ən çox çəki artıran dövrü Yeni ilə təsadüf edir. 3 ildən sonra bu proses daha da sürətlənir.
Araşdırmanın digər bir nəticəsinə görə isə, birlikdə çəki alan cütlüklərin 56 faizi birlikdə pəhrizə başlayarsa, sürətli şəkildə çəki ata bilərlər.