Bu səhər yeməkləri sizi arıqladacaq

Sağlamlıq

Gün ərzində elə də acmamaq üçün səhər yeməyində çoxlu zülal qəbul etmək lazımdır.
xarici mətbuata istinadən səhər sizi gümrah və bütün günü tox tutacaq pəhriz təqdim edirik:
Şirin sendviç: qarabaşaq unundan hazırlanmış 2 ədəd blinçik götürün. Birinin üstünə yağsız kəsmik çəkin. Üzərinə 2 dilim armud qoyub, darçın səpib, ikinci blinçiklə üstünü örtün. Səhər yeməyində blinçikdən hazırladığınız sendviçi yeyin.
Göbələk qızartması: bu sendviç gün ərzində acmağa imkan verməyəcək. Şam yeməyində isə 4 ədəd göbələyi tavada qovurub, üstünə azca yağsız pendir səpib yeyin.
 
Bu pəhrizi 3 gün saxlasanız, 3 kiloqram arıqlama ehtimalı yüksəkdir.