Hər gün bir kasa turp yeyin
- 20-06-2020, 17:59
- 1 619
Xarici KİV-ə istinadən turpun digər faydaları barədə məlumatları təqdim edirik:
Tərkibindəki antioksidan birləşmələri ilə xərçəngə qarşı qoruyur.
Kükürdlü birləşmələr sayəsində isə öd axınını sürətləndirir.
Qaraciyər sağlamlığını qoruyur.
Öd ifrazı üzərindəki müsbət təsiri ilə həzmi asanlaşdırır.
Sidiyə çıxışı yaxşılaşdırır, köp azaldıcı təsiri vardır.
Lif tərkibi çox və fitosterol tərkibli olduğundan qan xolesterolunu azaldıcı təsirə malikdir.
Az kalorili olduğu üçün pəhriz saxlayanlara da məsləhətdir.
Qeyd edək ki, turp çox yeyilsə, tərkibindəki kükürdlü birləşmələrindən dolayı qaz yaradır. Sağlamlıq üçün gündə 1 kasa turp salatı yemək bəs edir. Brüssel kələmi, kahı, brokoli kimi tərəvəzlərlə eyni nəsildən olduğu üçün bu tərəvəzləri yediyiniz gün turp yeməyinizə ehtiyac yoxdur.