8 yaş cavanlaşmağın SİRRİ

Sağlamlıq

Gülməyin insan üzərindəki təsirlərini araşdıran mütəxəssislər çox gülən insanların daha uzun və sağlam yaşadığını müşahidə ediblər.

İçdən çəkdiyiniz qəhqəhə, ürəkdən immunitet sistemimizə qədər sağlamlığımızın hər sahəsinə təsir göstərir. Araşdırmalara görə gülmək bədəni rahatlaşdıraraq insanı sakitləşdirir. Eyni zamanda ruhu dincəldir.

İngiltərədə aparılan araşdırmaya görə, gülmək, damarları açaraq qan axımını sürətləndirir. Bu proses isə bir insanın 8 yaş gəncləşməsi deməkdir.

Ən maraqlı fakt isə qadınların kişilərə nisbətən daha çox gülməsidir.