Gözaltı qaralar üçün təbii vasitələr
- 16-01-2020, 12:41
- 1 941
Gözaltı qaraların təbii vasitələr ilə yox olmasının yollarını təqdim edirik.
Xiyar:
Bu tərəvəz dərini ağartmaq özəlliyinə sahibdir. Təzə xiyarı dilimləyib, yarım saat dondurucuya qoyun. Daha sonra göz ətrafında 5-10 dəqiqə saxlayın.
Dəmləmə çay paketləri:
Çobanyastığı və ya yaşıl çay paketlərini 5 dəqiqə gözünüzdə saxlayın. Bunu hər gün təkrar edin.
Arqan yağı:
Bu yağ göz ətrafındakı həssas dərini nəmləndirir. Yatmazdan əvvəl arqan yağı ilə gözaltını masaj edin. Daha sonra isə soyuq su ilə durulayın.
Kakos yağı:
Makiyajınızı mütləq şəkildə kakos yağı ilə təmizləyin.