Qarpızın zəhərli olmadığını necə öyrənək?
- 3-07-2019, 12:08
- 2 542
Satın aldığınız qarpızın zəhərli olub-olmadığını yoxlamaq üçün beş qaydanı təqdim edirik:
1. Əgər qarpızın qabığı sarıdırsa, nitrat səviyyəsi yüksəkdir. Ondan uzaq durun.
2. Qabığında deşik olan qarpızlar da təhlükəlidir.
3. Ortasında boşluq olan qarpızları isə ümumiyyətlə, yeməyin.
4. Bir dilim qarpızı suyun içərisinə qoyun. Əgər bir müddət sonra qarpız parlaq və çəhrayı rəngdə olarsa, zəhərlənmə ehtimalınız yüksəkdir.
5. Xəfif qarpızlar sağlam deyil. Qarpızı qaldıranda ağırlığı olmalıdır. Yüngül qarpızlardan qaçın.