Ürəyi qoruyan kokteyl

Sağlamlıq

Təbii məhsullarla hazırlanmış kokteyllər insan sağlamlığı üçün çox faydalıdır.
Türkiyə mətbuatına istinadən sizə ürək qan-damar sistemini qoruyan koktelin reseptini təqdim edirik.
Ərzaqlar:
1 dəstə cəfəri
1 diş sarımsaq
2 x.q limon suyu
yarım fincan su
Hazırlanması:
Ərzaqları blenderdən keçirin. Gun ərzində yeməklər arasında 3-4 x.q için. Kokteyli bir həftədən artıq istifadə etmək olmaz. 1 ay sonra yenidən təkrarlaya bilərsiniz. Onu da qeyd edək ki, bu içkini qan təzyiqi aşağı olan və həzm sistemində problem yaşayan şəxslərin qəbul etməsi məsləhət görülmür.