Sağlam həyata bir addım...
- 1-05-2019, 16:56
- 1 506
Ev şəraitində edə biləcəyiniz və sağlamlığınız üçün önəmli olan xırda amilləri təqdim edirik:
1. Görmə qabiliyyətini qoruyun
Salat + avakado
Tərəvəzlərlə və ya göyərtilərlə hazırladığınız salatın içinə avakado qatmağı unutmayın.
2. Ürəyinizin qayğısına qalın
Limon + yaşıl çay
Aparılan araşdırmalar nəticəsində sübut olunub ki, gün ərzində 5 stəkan içərisinə limon qatılmış yaşıl çay içmək ürəyin fəaliyyətini yaxşılaşdırır, infarkt riskini azaldır.
3. Əzgin görünməkdən yorulmusunuz?
Yumurta + portağal şirəsi
Səhər bir yumurta yeyib, üstündən 1 stəkan portağal şirəsi içmək sizə gün ərzində lazımi qədər iş görmək üçün enerji verəcək.
3. İmmunitetinizi gücləndirin
Mal əti + kök
Kök orqanizmi A vitamini ilə təmin edəcək. Soyuqdəymədən qorunmaq üçün sizə lazım olan digər vitaminləri isə mal əti vasitəsilə ala bilərsiniz.
4. Dəri xərçəngindən qorunun
Kofein + idman
Mütəxəssislər sübut ediblər ki, gün ərzində kofein qəbul etmək və idmanla məşğul olmaq dəri xərçənginə yoluxma riskini 4 dəfə azaldır.