Alimlər pivənin sağlamlığa faydalarını aşkarladılar
- 12-10-2018, 17:15
- 2 817
Bununla bağlı məlumat alman universitetinin tibb fakültəsinin rəsmi saytında yerləşdirilib.
Qeyd edilib ki, bu maddələr ksantoqimol və izo-alfa-acı turşularıdır.
Alimlər müəyyən ediblər ki, ksantoqimol qaraciyərin piylənməsindən qorunmağa yardım edir, çəkinin artmasına əngəl törədir və xərçəng hüceyrələrini məhv edir.
Bildirilib ki, izo-alfa-acı turşular qaraciyərin inkişafını yaxşılaşdırır və qlükoza mübadiləsinə müsbət təsir göstərir.
Alimlərin fikrincə, araşdırmanın növbəti mərhələsində bu maddələrin piylənmə, şəkər və xərçənglə mübarizədəki təsiri öyrəniləcək.