Xərçəngə qarşı yeni üsul
- 4-03-2017, 13:32
- 1 750
“Phillips Innovative Technologies” laboratoriyasında hazırlanan bu nanorobotlar tibb sahəsində indiyədək mümkün olmayan müalicə üsullarına yol açacaq. Robotlar maqnetik sahə ilə uzaqdan idarə ediləcək.
Əvvəllər hazırlanan robotlara fərqli proseslər üçün yeganə bir siqnalla nəzarət etmək mümkün deyildi. Yeni kəşf edilən texnologiya sayəsində isə nanorobotlar mürəkkəb vəzifələri yerinə yetirməkdə heç bir çətinlik çəkmirlər.
Hazırda alimlər nanorobotlar vasitəsilə xərçəngə qarşı mübarizə aparan radioaktiv nüvələri şişlərin içinə yerləşdirməyə çalışırlar. Əgər müsbət nəticə əldə edilsə, çox az yan təsirlə bir çox xərçəng növünün müalicəsi mümkün olacaq.