Qırmızı bibər xərçəng xəstəliyinə dərmandır
- 14-09-2018, 16:24
- 1 919
Bu tərəvəzlər bişirilə bildiyi kimi, çiy də yeyilə bilər. Harvard tibb məktəbindən olan amerikalı alimlər sübut etdilər ki, acı Çili istiotun tərkibinə ağrıkəsici maddələr daxildir.
Qırmızı bibərin sağlamlığınıza faydaları:
- Qırmızı bibər xərçənglə döyüşdə ən böyük köməkçilərinizdən biridir. İçərisində olan likopen xərçəngə qarşı olduqca təsirlidir. Prostat, pankreas və rəhm xərçəngi bu xərçəng növləri arasındadır.
- Qırmızı bibər antioksidan baxımından olduqca zəngindir və ürək narahatlığı riskini azaldır.
- Asanca kilo vermənizi təmin edər. Bu tərəvəzlər bədən istiliyini artırar və oksigen ehtiyacı yaradar. Bu sayədə kilo vermək daha asan bir hala gəlməkdədir.
- Qırmızı bibərin içərisində olan A vitamini gözlərə və immunitet sisteminə yaxşı gəlir.
- B vitamini beynin inkişafı üçün olduqca əhəmiyyətlidir. Bədənin maddələr mübadiləsisinə təsir edir və zülalın enerjiyə çevrilməsinə köməkçi olur.
- E vitamini hüceyrələrdə ziyan görülməsini mane olur və bu sayədə xərçəng potensialını azaldar.
- Qırmızı bibərdə C vitamini və kalium da bol miqdarda var. C vitamini immunitet sistemini gücləndirərkən kalium infarkt riskini azaldır.