Dəri baxımı üçün fərqli maskalar
- 27-07-2018, 16:23
- 2 275
Həmin maskaları təqdim edirik:
Yağlı dərilər üçün maska:
Alma
Yumurta ağı
Hazırlanma qaydası:
Almaları rəndələdikdən sonra yaxşıca çırpılmış yumurta ağı ilə qarışdırın. Əldə edilən qarışımı üz və boyuna sürtüb 20 dəqiqə saxlayın. Sonra ilıq suyla yuyun.
Təbii dəri nəmləndiricisi:
1 stəkan süd
1 xiyar
3 yarpaq kələm
Hazırlanma qaydası:
Bunları qarışdırıb blendrdən keçirin və bişirin. Əzərək süzün və şüşə qaba qoyub içinə 20 qram şirin badam yağı qataraq soyuducuda saxlayın. Bununla dərinizi həm təmizləyə, həm də nəmləndirə bilərsiz.