Saqqız diş sağlamlığı üçün faydalı vasitədir
- 3-07-2018, 12:48
- 1 984
Qədim Roma və Yunanıstanda saqqızdan istifadə edilsə də, ilk təkmilləşdirilmiş saqqızı 1869-cu ildə Tomas Adams hazırlayıb.
Saqqız çeynəməyin bir sıra xeyirli cəhətləri var. İstanbul universitetinin stomatologiya fakültəsinin müəllimləri saqqızın dişlər üçün faydalı olduğunu söyləyirlər. Saqqız çeynəmək çənə oynağını məşq etdirir, əzələlərin inkişafına səbəb olur, lakin onu acqarına çeynəmək mədəyə ziyandır. Pəhriz saxlayanlara isə saqqız çeynəmək məsləhət görülmür.