Dəriyə qulluq hansı yaşdan başlanılmalıdır? – Kosmetoloq rəyi
- 3-10-2017, 11:31
- 64 630
Mövzu ilə bağlı Medicina.az-a açıqlama verən kosmetoloq Mehriban İbrahimova, üzə qulluğa yetkinlik yaşından başlamağın vacibliyini deyib.
"Yetkinlik yaşında üzdə bir sıra ləkələr yaranmağa başlayır. Bəziləri getsə də, bəziləri uzun müddət dəridə qalır. Bu da cavanlarda narahatlıq hissi doğurur. Bu ərəfədə ağır olmasa da, bitki tərkibli kremlərdən istifadə etmək gərəkli ola bilər.
27 yaşdan sonra isə üzə artıq peşəkar mütəxəssis yanında baxım lazımdır. Çünki bu yaşdan sonra kollagen elastinlər zəifləməyə başlayır. Bunun üçün terapiya kimi kollagen tərkibli vitamin komplekslərindən istifadə etmək lazımdır. Yüngül masajlar tətbiq edilməlidir".
İbrahimova, bəzən edilən yanlış maskalardan da bəhs edərək məsləhətlər verib: "Bəzi xanımlar erkən yaşlarından dəriyə qulluq etməyə başlayırlar. Bu normaldır. Ancaq tətbiq ediləcək maskalara diqqət etmək lazımdır. Çünki dəri növündən və həssaslığından asılı olaraq istifadə ediləcək maska və kremlər dəyişir".