XƏBƏRDARLIQ: Kosmetika mağazasında virusa yoluxa bilərsiniz
- 7-09-2017, 11:10
- 58 795
Dünya sağlamlıq təşkilatları da testerlərlə bağlı insanları diqqətli olmağa çağırır. Çünki müştərilərə sınaq məqsədi ilə təqdim edilən tester məhsulları sağlamlıq təhlükələrinə başçılıq edir.
Mütəxəssislər bildirir ki, sizdən əvvəl tester məhsulu istifadə edən insan sağlam olmaya bilər. Onlardan keçən xəstəliklər həmin tester məhsulundan istifadə etdikdə sizə də keçir. Nəticədə dərinizdə sıyrıq, çatlaq kimi mikrob infeksiyaları, uçuq kimi viral infeksiyalar, bakteriya infeksiyaları, hətta hepatit virusuna yoluxmanıza gətirib çıxara bilər.
Türkiyəli professor Qönçə Gökdemir deyir ki, kosmetik məhsullar içərisində də məhsulları qoruyucu bəzi prezervativ maddələr, rəng maddələri var. Əgər yaşlanma əleyhinə olan məhsullar istifadə edirsinizsə, tərkibində bəzi vitamin və minerallar olduğunu bilin. Bunlar hava ilə təmasa uğradıqda xarab olma ehtimalı yaradan kimyəvi maddələrlə də zəngindir. Bu səbəbdən də sizin istifadə etdiyiniz tester məhsulu dəfələrlə açılıb-bağlandığı üçün bu məhsullar xarab ola bilər: “Xarab olmuş bir məhsulu dərinizlə təmas etdirdiyiniz zaman dərinizdə ağılımıza gəlməyən qıcıqlandırıcı reaksiyalar gedir. Bir çox mağazalarda kosmetik məhsulların nümunələri daha kiçikdir, yəni birdəfəlik istifadə üçün nəzərdə tutulub. Həmin məhsulları tester kimi istifadə etməyiniz məsləhətdir. Testerləri hər hansı təmizlik məhsulu ilə təmizləyib yenidən istifadə etmək də təhlükəlidir. Bəzi testerlərdə əlavə çubuq vasitəsi də var. təhlükədən qorunmaq üçün həmin çubuqlardan da istifadə edə bilərsiniz”.
Mütəxəssislər birdəfəlik istifadə üçün nəzərdə tutulan testerlər istifadə etməyi tapşırır.