Normal cinsi həyat qadını gözəlləşdirir
- 29-08-2017, 12:06
- 59 151
Seks zamanı həmçinin ifraz olunan endorfin hormonu beyindəki ağrı mərkəzinə təsir edir. Sevişmə zamanı əzələlərin hərəkəti sayəsində qan dövranı güclənir, bu da bir çox ağrının kəsməsinə kömək edir.
Ehtiraslı öpüş 34 əzələnin işləməsi deməkdir. Seks zamanı isə qarın, ayaq və arxa nahiyənin əzələləri çalışır. Seksin faydalı təsiri sayəsində ruh da gənc qalır. Seks zamanı damarlar genişlənir, bunun nəticəsində, ürək xəstəlikləri ilə qarşılaşmaq ehtimalı azalır.
Aparılan araşdırmalar göstərir ki, həftədə bir və ya iki dəfə sekslə məşğul olmaq immunitet sistemini 30 faiz gücləndirir.
İdeal çəkini qorumaq üçün seks ən yaxşı vasitədir. Belə ki, 20 dəqiqəlik bir cinsi əlaqə zamanı 200 kkal enerji itkisi baş verir.
Təbii ki, yandırdığınız kalorinin miqdarı seks formalarından asılıdır.
Cinsi həyatından məmnun olanlar daha gənc və gözəl qalırlar.