Qadınların kabusu Varikozdan qorunmağın yolları
- 2-02-2017, 11:02
- 1 839
Varikozun yaranmasında 80% ehtimalla genetik faktor rol oynayır. Əlamətləri ayaqlarda qızarıqlıq, şişkinlik və ağırlıqdır. Müəyyən müddətdən sonra göyərmələr olur.
Bu əlamətlərdən özünüzdə hiss etdiyiniz zaman ilk olaraq mütəxəssis həkimə getməlisiniz.
Varikozun ən böyük səbəbi artıq çəkidir. Bu səbəblə, nizamlı olaraq idman məşğul olmalı, kilonuzu nəzarət altında saxlamalısınız.
Uzun müddət sabit bir vəziyyətdə oturmaq da varikozun yaranma səbəbi ola bilər. Varikozdan qorunma corabı və nizamlı hərəkətlərlə də bu problemə mane ola bilərsiniz. Həmçinin varikozun qarşısını alan kremlərlə masaj edə bilərsiniz.