Kosmetoloqun kişilərə məsləhəti
- 31-07-2017, 15:07
- 60 243
Kosmetoloqlar üz dərisində problemləri olan kişilərin də onlara müraciət etməsini məsləhət bilirlər. Amma onların kosmetoloqa müraciət etmədən ev şəraitində bəzi qaydalara əməl edərək dəri problemlərini həll edə biləcəklərini söyləyirlər.
* Quru üz dərisinə malik olan kişilər üzlərinə yağlı krem çəksələr yaxşı olar.
Krem dərini parıldatmasın deyə onu yaş dəriyə çəkmək və yumuşaq dəsmalla ehtiyatla qurulamaq lazımdır.
* Kosmetoloqlar quru dəriyə sahib olan kişiləri üzlərini krem sabunla yumalarını məsləhət bilir.
* Quru dərisi olan kişilərə üzlərinə odekalon vurmaq məsləhət görülmür.
* Üz dərisi quru olan kişilərə keyfiyyətli ülgücdən istifadə etmək məsləhət edilir.
* Üz dərisi nazik olan kişilərə üz qırxdıqdan sonra xüsusi ülgüc kremlərindən istifadə etmək məsləhət edilir.
* Üz dərisi həssas olan kişilərə elektrik üzqırxanından istifadə etmək məsləhət görülmür.
* Üz dərisində olan üzqırxma zamanı əmələ gələn sıyrıntılar və kəsiklər yod və ya hidrogen perekislə silinməlidir.
* Üzqırxan alətləri mütləq təmiz saxlamaq lazımdır ki, onlara mikrob düşməsin.
* Üzdə əmələ gələn sızanaqlara komfora spirti və ya kolendula sürtmək lazımdır.