SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bərdədə polislər qəzaya düşdülər

Bərdədə polislər qəzaya düşdülər

Tarix:

17-07-2017, 10:20

/ 144 331 dəfə oxundu.
Bərdədə polislər qəzaya düşdülər

Bərdə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. “VAZ 21011” markalı avtomobillə Bərdə Rayon Polis İdarəsinə məxsus “Fiat” markalı avtomobil toqquşub.

Hadisə nəticəsində “VAZ 21011” markalı avtomobilin sürücüsü və sərnişin ağır xəsarət alıblar. Yaralılar təcili tibbi yardım avtomobili ilə rayon xəstəxanasına aparılıb. Polis əməkdaşlarından isə xəsarət alan olmayıb.

Hadisəyə səbəb “VAZ 21011” markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi olub. O, idarəetməni itirərək qarşıda gedən polis avtomobilinə çırpılıb. Bundan sonra avtomobil yolun kənarındakı hasara dəyib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ