SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Aeroportda əməliyyat: 2 “qanuni oğru” saxlanıldı

Aeroportda əməliyyat: 2 “qanuni oğru” saxlanıldı

Tarix:

4-07-2017, 10:55

/ 60 507 dəfə oxundu.
Aeroportda əməliyyat:  2 “qanuni oğru” saxlanıldı

“Qanuni oğru"lara qarşı görülən tədbirlər nəticəsində daha 2 kriminal “general” saxlanılıb.

Əməliyyat Gürcüstanın paytaxtı Tbilisinin beynəlxalq hava limanında keçirilib.

42 yaşlı Baqrat Pançuluya polis tərəfindən saxlanılıb. Kriminal aləmdə Marat Suxumski kimi tanınan bu “oğru” saxta sənədlərə görə Rusiyadan bu ilin mayında deportasiya edilib və Ukraynaya gedib. Ordan isə vətəninə qayıtmaq istəyərkən saxlanılıb. 1999-cu ildə Moskvada "taclandırılan" Marat Suxumski ilə yanaşı 27 yaşlı "oğru" Xirdiani də polis tərəfindən saxlanılıb. Əsasən Yunanıstanda fəaliyyət göstərən Xirdiani 2014-cü ildə status alıb.

Hər iki şəxsi Gürcüstan qanunvericiliyinə görə 7 ildən 10 ilədək həbs gözləyir.

Cebhe.info

Şərhlər

XƏBƏR LENTİ