SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Nişanlı gəncin dəhşətli sonu - Bu gün əsgər gedəcəkdi

Nişanlı gəncin dəhşətli sonu - Bu gün əsgər gedəcəkdi

Tarix:

4-07-2017, 09:58

/ 59 705 dəfə oxundu.
Nişanlı gəncin dəhşətli sonu - Bu gün əsgər gedəcəkdi

Lənkəranda bu gün hərbi xidmətə yollanacaq gənc dənizdə boğulub.

Hadisə dünən axşam saatlarına baş verib.

Belə ki, Cəlilabad rayon sakini, 1995-ci il təvəllüdlü Quliyev Adil Heybət oğlu dostları ilə birlikdə çimərliyə gəlib. Lakin o, dənizdə çimərkən boğulub.

Qeyd edək ki, onun cəsədini ləpələr sahilə çıxarıb. Məlumata görə, nişanlı olan A.Quliyev ali təhsilini yenicə bitiribmiş. O, bu gün hərbi xidmətə yola düşəcəkmiş.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ