XalqXəbər.Az

Narkobaron ailə həbs olundu - Fotolar

yüklənir...
Narkobaron ailə həbs olundu - Fotolar
5-05-2017, 09:09
yüklənir...

Şirvanda heroinin satışı ilə məşğul olan ata, oğul və qadın saxlanılıb.
Şirvan polis şöbəsinin keçirdikləri əməliyyat tədbirləri çərçivəsində Şirvan sakini, 1 may küçəsi 14 ünvanında yaşayan, əvvəllər narkotik vasitələrinin satışına görə məhkum olunan 1972-ci il təvəllüdlü Ağami Seyidsadiq Mirmehdi oğlu saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 2 bükümdə olan ümumi çəkisi 1,002 qram narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.
Keçirilən əməliyyatın davamı olaraq digər əməliyyat tədbiri zamanı yuxarıda adı çəkilən şəxsin oğlu - Şirvan sakini, 1 may küçəsi 12 ünvanında yaşayan Ağami Seyidrza Seyidsadiq oğlunun nikahdankənar yaşadığı Mehriban Səmədovaya məxsus evdən 1 ədəd polietilen bükümdə 21,115 qram və 7 ədəd polietilen bükümdə 3,502 qram, ümumi çəkisi 24, 617 qram olan narkotik vasitə olan heroin, bir ədəd bıçaq və bir ədəd tərəzi aşkar olunaraq götürülüb. Seyidrza Ağami narkotik vasitə olan heroini istintaqa məlum olmayan İran vətəndaşından aldığını qeyd edib.
Hər üç şəxs polis tərəfindən saxlanılıb.
Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.
Narkobaron ailə həbs olundu - Fotolar
Narkobaron ailə həbs olundu - Fotolar
Narkobaron ailə həbs olundu - Fotolar
Narkobaron ailə həbs olundu - Fotolar

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.