SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Qusarda silahlı sərhəd pozucusu polisə atəş açdı, öldürüldü

Qusarda silahlı sərhəd pozucusu polisə atəş açdı, öldürüldü

Tarix:

2-05-2017, 15:02

/ 60 349 dəfə oxundu.
Qusarda silahlı sərhəd pozucusu polisə atəş açdı, öldürüldü

Mayın 1-də saat 21:30 radələrində Qusar rayonunun Yuxarı Zeyxur kəndi ərazisində meşə massivində 1 nəfər silahlı şəxsin Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini pozmağa cəhd göstərməsi müəyyən edilib.
Qusar Rayon Prokurorluğundan verilən məlumata görə, saxlanılması ilə bağlı qanuni tələblərə tabe olmayan sərhəd pozucusu 1991-ci il təvəllüdlü Elvin Məmmədyarov hüquq mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərib, cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla zərərsizləşdirilib.
Faktla bağlı Qusar rayon prokurorluğunda müvafiq araşdırmalar aparılır.

Şərhlər

XƏBƏR LENTİ