SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda kütləvi dava: Bıçaqlananlar var

Bakıda kütləvi dava: Bıçaqlananlar var

Tarix:

5-04-2017, 09:31

/ 60 326 dəfə oxundu.
Bakıda kütləvi dava: Bıçaqlananlar var

Qanlı hadisə Nəsimi rayonunda baş verib

Bakının Nəsimi rayonu ərazisində 2 nəfərin bıçaqlanması ilə nəticələnən kütləvi dava baş verib.Hadisə Cavadxan küçəsi, bina 23a-nın qarşısında qeydə alınıb.

Belə ki, 4 nəfər arasında düşən əlbəyaxa dava sonda 2001-ci il təvəllüdlü Qəhrəmanlı Əli Namiq oğlu və 2000-ci il təvəllüdlü Salayev İsmayıl Seymur oğlunun bıçaqlanması ilə nəticələnib. Zərərçəkənlər bədənlərinin müxtəlif nahiyələrindən aldıqları bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır. Hadisəni törədən şəxs və ya şəxslərin axtarışına başlanılıb.

Şərhlər

XƏBƏR LENTİ