SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Sabirabadda qatar ilə minik avtomobili toqquşub - 2 nəfər ölüb

Sabirabadda qatar ilə minik avtomobili toqquşub - 2 nəfər ölüb

Tarix:

5-04-2017, 09:10

/ 59 543 dəfə oxundu.
Sabirabadda qatar ilə minik avtomobili toqquşub - 2 nəfər ölüb

Sabirabad rayonu, Nizami kəndində yük qatarı ilə “QAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verib.

Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər veririk ki, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq deformasiyaya uğramış minik avtomobilindən sürücü 1967-ci il təvəllüdlü Məmmədov Əflatun Dəmirqulu oğlunun və sərnişin 1969-cu il təvəllüdlü Məmmədov Ağasəf Əkbər oğlunun cəsədlərini çıxarıblar və aidiyyatı üzrə təhvil veriblər.

Əməliyyat saat 04:55-də başa çatıb.

Şərhlər

XƏBƏR LENTİ