SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Məmmədov 99-KD-557 avtomobili ilə ölkədən qaçmaq istədi - Türkiyə polisi əməliyyat keçirdi

Məmmədov 99-KD-557 avtomobili ilə ölkədən qaçmaq istədi - Türkiyə polisi əməliyyat keçirdi

Tarix:

4-04-2017, 13:17

/ 39 584 dəfə oxundu.
Məmmədov 99-KD-557 avtomobili ilə ölkədən qaçmaq istədi - Türkiyə polisi əməliyyat keçirdi

Türkiyədə şəxsi avtomobili ilə Gürcüstanı keçərək qaçmağa çalışan Azərbaycan vətəndaşları saxlanılıb.
Məlumata görə, Türkgözü Sərhəd keçid məntəqəsinə daxil olduqdan sonra yoxlanışdan yayınan sürücü idarə etdiyi 99-KD-557 dövlət nömrə nişanlı avtomobilin sürətini artıraraq qaçmağa çalışıb. Ona xəbərdarlıq edilməsinə baxmayaraq avtomobili saxlamayıb. Nəticədə Türkiyə polisi silaha əl atmalı olub.
Türkiyənin Posof Mahalında avtomobilin qarşısı ağır tonnajlı maşınla kəsilərək onun saxlamaq mümkün olub.
Biri qadın, dördü kişi olmaqla Azərbaycan vətəndaşları saxlanılıb. Onların Türkiyəyə girişi qadağan edildiyindən qanunsuz yolla sərhəddi keçiblər.
Hadisə ilə bağlı istintaq davam edir.

Araşdırmaya görə, 99-KD-557 dövlət nömrəli avtomobil Məmmədov Sərvər Fəxrəddin oğlunun adına qeydiyyatdadır.

unikal.org

Şərhlər

XƏBƏR LENTİ