SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Göygöldə evləri soyan şəxslər tutuldu

Göygöldə evləri soyan şəxslər tutuldu

Tarix:

12-11-2019, 16:07

/ 619 dəfə oxundu.
Göygöldə evləri soyan şəxslər tutuldu

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin avqust ayında rayonun Hacıməlik qəsəbəsindəki evdən oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 32 yaşlı Rəşad Ələkbərov və 37 yaşlı Ülvi Novruzov avqust ayının 27-də rayonun Hacıməlik qəsəbəsindəki evlərdən birinə gizli yolla daxil olaraq oradan ümumi dəyəri 5000 manat olan müxtəlif növ qızıl zinət əşyası, 400 manat nağd pulu və ümumi dəyəri 400 manat olan 3 ədəd mobil telefonu oğurlayıblar.

R.Ələkbərov və Ü.Novruzov saxlanılaraq maddi sübutla birlikdə istintaqa təhvil verilib və onların Gəncə şəhərində də bir neçə analoji cinayət hadisəsi törətdiyi ehtimal olunduğundan faktla bağlı araşdırmalar davam etdirilir.

Şərhlər

XƏBƏR LENTİ