SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda 4 növ narkotik satan şəxs saxlanıldı - Foto

Bakıda 4 növ narkotik satan şəxs saxlanıldı - Foto

Tarix:

2-11-2019, 14:49

/ 754 dəfə oxundu.
Bakıda 4 növ narkotik satan şəxs saxlanıldı - Foto

“Xalqxeber” DİN-ə istinadən xəbər verir ki, əvvəllər məhkum olunmuş paytaxt sakini Əbülfət Abuşov tutulub. Onun üzərində hal şahidlərinin iştirakı şəxsi axtarış keçirilən zaman 2,817 qram narkotik vasitə heroin aşkar edilib.

Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılan şəxsin narkotik vasitələrin satışı ilə məşğul olduğuna dair polis əməkdaşlarında əsaslı şübhələr olduğundan əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evə də əlavə baxış keçirilib. Oradan Əbülfət Abuşova məxsus narkotik vasitə və psixotrop maddələr olan 520,152 qram heroin, 8,044 qram metamfetamin, 56,559 qram tiryək və 1,64 qram metadon aşkarlanaraq götürülüb.

Faktla bağlı Əbülfət Abuşov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq əməliyyat tədbirləri davam etdirilir.

Bakıda 4 növ narkotik satan şəxs saxlanıldı - Foto

Şərhlər

XƏBƏR LENTİ