XalqXəbər.Az

Bakıda küçədə öpüşən cütlüyə görə DAVA DÜŞDÜ: Ölən var

Bakıda küçədə öpüşən cütlüyə görə DAVA DÜŞDÜ: Ölən var
25-10-2019, 11:16

Bakıda qəribə qətl hadisəsi baş verib.

Qafqazinfo-ya istinadən xəbərə görə, hadisə oktyabrın 24-ü gecə saatlarında Xətai rayonu, N.Tusi küçəsində baş verib.

1967-ci il təvəllüdlü Hamlet Novruzov tanışları olan Qəribağa və Sərfinazla yemək yeyib, spirtli içki qəbul ediblər. Daha sonra onlar küçədə gəzintiyə çıxıblar, sərxoş vəziyyətdə olan Qəribağa və Sərfinaz yol kənarında qucaqlaşıblar.

Həmin zaman küçədən keçən Türkmənistan vətəndaşı olan və Bakının Vişnyovka-1 qəsəsəbəsində yaşayan 1997-ci il təvəllüdlü Murad Tağıyev onlara müdaxilə edərək ictimai yerdə qucaqlaşmamağı tələb edib. Bu etiraza görə tərəflər mübahisəyə başlayıb və yaxınlıqda olan Hamlet Novruzov mübahisəyə müdaxilə edərək Murad Tağıyevə iradını bildirib.

Dava zamanı M.Tağıyev üzərindəki bıçaqla Hamletin ürəyindən bir zərbə vuraraq öldürüb.

Faktla bağlı cinayət işi başlanılıb, Murad Tağıyev tutulub, araşdırma aparılır.скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.