SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Zaqatalada toyda rəqs üstə dava: ata öldürüldü, oğul yaralandı

Zaqatalada toyda rəqs üstə dava: ata öldürüldü, oğul yaralandı

Tarix:

24-10-2019, 10:59

/ 778 dəfə oxundu.
Zaqatalada toyda rəqs üstə dava: ata öldürüldü, oğul yaralandı

Zaqatalada toyda baş verən dava ölümlə nəticələnib.

APA-nın əldə etdiyi xəbərə görə, Danaçı kəndində keçirilən toy mərasimində Abakar Zutov və Abdul Ayalov arasında rəqs etmək üstündə dava düşüb.

Məclis iştirakçıları davanın qarşısını alaraq tərəfləri sakitləşdirib. Mərasimi başa çatdıqdan sonra adıçəkilən şəxslər toy sahibinin evində yığışıblar.

Bu zaman onlar arasında yenidən dava düşüb. Dava zamanı Abdul Ayalov üzərində olan bıçaqla Abakar Zutova və onun oğlu Həmzət Zutova xəsarətlər yetirib.

Ağır bıçaq xəsarətləri olan Abakar Zutov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.

Oğlu Həmzət Zutova isə sol əlin və sol kürəyin kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti diaqnozu qoyulub, xəsarəti yüngül olduğundan ona xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Şərhlər

XƏBƏR LENTİ