SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Azərbaycanda 16 yaşlı qız hamilə qaldı

Azərbaycanda 16 yaşlı qız hamilə qaldı

Tarix:

17-10-2019, 18:05

/ 781 dəfə oxundu.
Azərbaycanda 16 yaşlı qız hamilə qaldı

Şəkidə yetkinlik yaşına çatmayan qızda hamiləlik aşkarlanıb.

Trend-ə istinadən xəbər veririk ki, fakt Şəki rayonunun Suçma kəndində müəyyən edilib.

Belə ki, oktyabrın 15-də Şəki rayon Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsinə Göygöl rayonunda anadan olmuş, Şəki rayonunun Suçma kəndində yaşayan, 2003-cü il təvəllüdlü Qasımova Nurcahan Mürşüd qızı gətirilib.

Xəstəxanada müayinə zamanı qızın 5 aylıq hamilə olduğu müəyyənləşdirilib və bu barədə Şəki şəhər Polis Şöbəsinə məlumat verilib.

Faktla bağlı şöbədə araşdırmalara başlanılıb.

Şərhlər

XƏBƏR LENTİ