SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Biləsuvarda dəhşətli faciə, oğul anasını traktorla vurub öldürdü

Biləsuvarda dəhşətli faciə, oğul anasını traktorla vurub öldürdü

Tarix:

12-10-2019, 18:33

/ 820 dəfə oxundu.
Biləsuvarda dəhşətli faciə, oğul anasını traktorla vurub öldürdü

Biləsuvar rayonunda ölümlə nəticələnən qəza baş verib.

Hadisə rayonun Səmədabad kəndində olub.

Kənd sakini, 1993-cü il təvəllüdlü Məmmədov Fəqan Mirzəbala oğlu yaşadığı evin həyətində traktoru işə salarkən traktor qəfil hərəkətə gəlib və həyətin darvazasını açmaq istəyən anası, 1959-cu il təvəllüdlü Məmmədova Umnisə Əliş qızını vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ