XalqXəbər.Az

Bakıda keşmiş polis işçisi tələbə qızı maşınla vurub öldürdü

Bakıda keşmiş polis işçisi tələbə qızı maşınla vurub öldürdü
11-10-2019, 17:04

9 oktyabr səhər saat 07 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisində, 21-ci kilometrliyində piyada vurulması ilə nəticələnən yol qəzası baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.

Bildirilir ki, Bakı şəhər sakini A.Ağayev idarə etdiyi “BMW” markalı, 90 DH 530 dövlət nömrə nişanlı avtomobillə yolu keçən Solmaz Abdullayevanı vurub.

Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Baş Dövlət Yol Polis İdarəsindən "Baku.ws"ə verilən məlumata görə, Avtomobili idarə edən A.Ağayev sabiq polis əməkdaşıdır. Hazırda həmin şəxs təqaüddədir.

Solmaz Abdullayeva Azərbaycan Dövlət Pedaqoji Universitetində “Riyaziyat” fakultəsində təhsil alırdı.скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.