SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Beyləqan Mərkəzi Xəstəxanasında tib bacısı bıçaqlanaraq öldürüldü

Beyləqan Mərkəzi Xəstəxanasında tib bacısı bıçaqlanaraq öldürüldü

Tarix:

11-10-2019, 15:41

/ 1 380 dəfə oxundu.
Beyləqan Mərkəzi Xəstəxanasında tib bacısı bıçaqlanaraq öldürüldü

Bu gün saat 12:00 radələrində Beyləqan Mərkəzi Xəstəxanasında tib bacısı boşanmış əri tərəfindən bıcaqlanaraq öldürülüb.

Hadisə yerində olan Reportyor.tv-nin əməkdaşı Nəsimi Zahidoğlu bildirir ki, hadisə qısqanclıq zəminində baş verib. Belə ki, Boşanma zamanı öz qaynatasını məhkəmə zalında bıçaqlayan Namiq adlı şəxs boşanmamaq üçün bütün yollara əl atırmış. Əlavə olaraq onuda bildirdilər ki, bir neçə gün bundan öncə qətli törədən Namiq boşanmış yoldaşının işlədiyi Beyləqan Mərkəzi Xəstəxanasının Sanitariya-epidemioloji mərkəzinə gələrək müdiri döyüb ki, işdən çıxartsın. Bu da alınmadığı halda bu gün ayın 11 saat 12:00 radələrində xəstəxanaya gələrək (hələlik adı bəlli deyil) boşanmış olduğu yoldaşına bir neçə bıçaq zərbəsi vuraraq qətlə yetirib.

Şərhlər

XƏBƏR LENTİ