XalqXəbər.Az

Azərbaycanda təzə gəlin zəif cehiz gətirdi - Qayınatası və qayınanası döydü

yüklənir...
Azərbaycanda təzə gəlin zəif cehiz gətirdi - Qayınatası və qayınanası döydü
9-10-2019, 11:13
yüklənir...

Daşkəsən rayonunda yeni ailə quran qadın qayınatası və qayınanası tərəfindən döyülüb.

Oxu.Az-a istinadən xəbər veririk ki, hadisə rayonun Əmirvar kəndində qeydə alınıb.

19 yaşlı Abdullayeva Ayşə Samir qızı zərbələrin təsirindən huşunu itirib.

A.Abdullayeva təcili olaraq Daşkəsən Rayon Məkəzi Xəstəxanasına, oradan isə Gəncə şəhərindəki xəstəxanaların birinə yerləşdirilib. Qadının vəziyyətinin orta-ağır olduğu deyilir.

İlkin məlumatlara görə, hadisəyə səbəb bir il öncə baş tutan toyda qız evinin maddi baxımdan istəniləni verə bilməməsi olub.

Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.