SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Xırdalanda “playstation”da 25 yaşlı oğlanın başına oyun açıb, videoya çəkdilər...

Xırdalanda “playstation”da 25 yaşlı oğlanın başına oyun açıb, videoya çəkdilər...

Tarix:

4-10-2019, 16:39

/ 760 dəfə oxundu.
Xırdalanda “playstation”da 25 yaşlı oğlanın başına oyun açıb, videoya çəkdilər...

Xırdalanda 25 yaşlı oğlan “playstation” salonunda döyülüb.

Bakı şəhər sakini S.Aslanov polisə müraciət edərək bildirib ki, sosial şəbəkədə tanış olduğu Fərid adlı şəxslə Yasamal rayonunda görüşüb.

Daha sonra Fəridin tanışları Rauf, Ülvi, Bayram və Röyal onu zorla avtomobilə mindirərək Xırdalan şəhərində yerləşən “playstation” salonlarından birinə aparıblar, onu orda döyüblər və hadisəni videoya çəkiblər. Daha sonra həmin şəxslər S.Aslanovu hədələyərək 2000 manat verməyəcəyi təqdirdə həmin videonu sosial şəbəkədə yayacaqlarını bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ