SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » İcra başçısı Niyazi Bayramova məxsus yaşayış binasında yanğın olub

İcra başçısı Niyazi Bayramova məxsus yaşayış binasında yanğın olub

Tarix:

3-10-2019, 20:50

/ 870 dəfə oxundu.
İcra başçısı Niyazi Bayramova məxsus yaşayış binasında yanğın olub

Bakıda binada baş verən yanğın söndürülüb.

FHN-dən verilən məlumata görə, Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsində hündürmərtəbəli binanın doqquzuncu mərtəbəsində 3 otaqlı mənzilin 1 otağında yanğın baş verib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

18:53

xxx

Bakıda yaşayış binası yanır.

Bakupost.az-a istinadən xəbər veririk ki, yanğın Nizami rayon Naxçıvanski küçəsi, Bakcell Arena stadionunun qarşısındakı 8 a nömrəli binanın 9- cu mərtəbəsində baş verib. Yanğın digər mərtəbələrə də sıçrayıb. Hazırda binada yanğın davam edir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğın baş verən ərazidədir. Lakin kran lazım olduğu üçün hələ də yanğının qarşısını almaq mümkün olmayıb.

Qeyd edək ki, bina Gəncənin hazırkı icra başçısı Niyazi Bayramova məxsus MTK tərəfindən tikilib.




Şərhlər

XƏBƏR LENTİ