SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda doğuş zamanı körpə ölüb

Bakıda doğuş zamanı körpə ölüb

Tarix:

2-10-2019, 11:35

/ 645 dəfə oxundu.
Bakıda doğuş zamanı körpə ölüb

Bakıda doğuş zamanı körpə ölüb.

Hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 4 saylı doğum evində qeydə alınıb.

Ələt qəsəbə sakini, 1992-ci il təvəllüdlü Aysel Məmmədova doğuş sancıları və uşaqlıq qanaxması ilə doğum evinə daxil olub. Doğuş zamanı körpə ölüb.

İlkin məlumata görə, uşaq ölü doğulub.

Faktla bağlı Qaradağ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ