SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Gənc Tamaşaçılar Teatrının tavanı çökdü

Gənc Tamaşaçılar Teatrının tavanı çökdü

Tarix:

17-09-2019, 11:10

/ 690 dəfə oxundu.
Gənc Tamaşaçılar Teatrının tavanı çökdü

Gənc Tamaşaçılar Teatrının binasının tavanı çöküb.

Hadisə bir neçə gün bundan əvvəl baş verib.

Faktı teatrın Mətbuat xidmətinin rəhbəri Pərvin Nurəliyeva təsdiqləyib.

Onun sözlərinə görə, hadisə tətil günlərində baş verib: "Hadisə baş verən zaman zalda heç kim olmayıb. Biz məzuniyyətdən qayıdanda artıq bu hadisə baş vermişdi. Teatrın sadəcə olaraq tavanında çökmə olub. Hazırda tavanda təmir işləri aparılır, demək olar ki, təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Tavanın çökməsi teatrın yeni mövsümünün fəaliyyətinə heç bir maneə törətməyib. Biz artıq bu həftənin sonundan yeni mövsümə başlayacağıq".

Qeyd edək ki, "Facebook"da Gənc Tamaşaçılar Teatrında tamaşa vaxtı qəfildən tavanın çökdüyü barədə məlumatlar yayılıb.

Şərhlər

XƏBƏR LENTİ