SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Azərbaycanda tələbə atraksiondan yıxıldı: Ağır vəziyətdədir

Azərbaycanda tələbə atraksiondan yıxıldı: Ağır vəziyətdədir

Tarix:

16-09-2019, 16:38

/ 873 dəfə oxundu.
Azərbaycanda tələbə atraksiondan yıxıldı: Ağır vəziyətdədir

Şəkidə kollec tələbəsi atraksiondan yıxılaraq ağır xəsarət alıb.

Hadisə bu gün Şəki şəhərində, M. F. Axundov adına istirahət parkında baş verib.

2003-cü il təvəllüdlü, Bərdə rayon sakini Xəyalə Vüsal qızı Durmuşova atraksiondan yıxılaraq ağır xəsarət alıb. X. Durmuşova Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Məlumatda bildirilir ki, X. Durmuşovaya çanaq sümüklərinin sınığı və sidik kisəsinin partlaması diaqnozu qoyulub.

Hazırda X. Durmuşovanın üzərində cərrahiyyə əməliyyatı aparılır.

X. Durmuşova Şəki Pedaqoji Kollecinin tələbəsidir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ