SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda "Globus Plaza"nın iri şüşə parçası qırıldı: Yaralılar var (video)

Bakıda "Globus Plaza"nın iri şüşə parçası qırıldı: Yaralılar var (video)

Tarix:

12-09-2019, 10:20

/ 917 dəfə oxundu.
Bakıda "Globus Plaza"nın iri şüşə parçası qırıldı: Yaralılar var (video)

Bakının Yasamal rayonunda binalardan birinin iri şüşə parçası iki nəfərin üzərinə düşüb.

Hadisə Cəfər Cabbarlı küçəsində baş verib.

Belə ki, "Globus Plaza"ya məxsus binanın pəncərəsindəki iri şüşə parçası yerə düşərək, yoldan keçən 2001-ci il təvəllüdlü Qədirov Tunar Qabil oğlu və 1995-ci il təvəllüdlü Abdullayev Əşrəf Əhməd oğlunun xəsarət almasına səbəb olub.

Hər iki şəxs ağır xəsarət alaraq 1 saylı Xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, plazadan faktı təsdiqləyiblər. Hadisənin hansı səbəbdən baş verdiyi isə açıqlanmayıb.
[media=http://https://m.youtube.com/watch?v=-B-dBVxcLIE]

Şərhlər

XƏBƏR LENTİ